Gənc istedadlar üçün xüsusi təqaüdün məbləği artırılıb | 1news.az | Xəbərlər
Rəsmi

Gənc istedadlar üçün xüsusi təqaüdün məbləği artırılıb

18:57 - 22 / 02 / 2018
Gənc istedadlar üçün xüsusi təqaüdün məbləği artırılıb

Prezident İlham Əliyev gənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması və “Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 13 sentyabr tarixli 662 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənc istedadlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 400 (dörd yüz) manat müəyyən edilsin.

2. "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 13 sentyabr tarixli 662 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 251; 2007, № 2, maddə 146) 1-ci hissəsində “300” rəqəmləri “400” rəqəmləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

1news.az

Paylaş:
612

Son xəbərlər

Bütün xəbərlər