Azərbaycanda təhsil infrastrukturunun inkişafına 830 min manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanda təhsil infrastrukturunun inkişafına 830 min manat ayrılıb

18:17 - 24 / 02 / 2018
Azərbaycanda təhsil infrastrukturunun inkişafına 830 min manat ayrılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması məqsədi ilə qərara alıram:

  1. 2017-ci ildə quraşdırılmış modul tipli 44 təhsil müəssisəsinin (siyahı əlavə olunur) qazlaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 830 000 (səkkiz yüz otuz min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
  3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 fevral tarixli Sərəncamına Əlavə

2017-ci ildə quraşdırılmış, qazlaşdırılması nəzərdə tutulan modul tipli 44 təhsil müəssisəsinin siyahısı

S.Xankişiyeva

 

Paylaş:
802

Son xəbərlər

Bütün xəbərlər