Prezident İlham Əliyev dominikanlı həmkarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev dominikanlı həmkarını təbrik edib

18:38 - 26 / 02 / 2018
Prezident İlham Əliyev dominikanlı həmkarını təbrik edib

Prezident İlham Əliyev Dominikan Respublikasının prezidenti Danilo Medinaya təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Dominikan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm”.

1news.az

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər