İlham Əliyev: “Bu faciənin təkrarlanmaması üçün Azərbaycan daha güclü olmalıdır” | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: “Bu faciənin təkrarlanmaması üçün Azərbaycan daha güclü olmalıdır”

20:53 - 26 / 02 / 2018
İlham Əliyev: “Bu faciənin təkrarlanmaması üçün Azərbaycan daha güclü olmalıdır”

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalının müxbirinə müsahibə verib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, müsahibə fevralın 26-da telekanalın Xocalı soyqırımı ilə əlaqədar efirə gedən reportajında yer alıb. Müsahibəni təqdim edirik.

Müxbir: İlham Heydər oğlu, ağır səhərdir. Hansı düşüncələrlə buraya gəlmisiniz, hansı fikirlərlə yuxudan oyanmısınız? Deməliyəm ki, Rusiyada rusiyalılar bu faciəni xatırlayırlar və bu günü ehtiramla yad edirlər. Hansı düşüncələrlə bu gün buraya gəlmisiniz?

Prezident İlham Əliyev: İlk növbədə, belə bir gündə bizimlə birlikdə olmaq və Azərbaycan xalqının faciəsinə münasibət bildirmək üçün Bakıya gəldiyinizə görə sizin telekanala təşəkkür etmək istəyirəm. Mən bunu çox yüksək qiymətləndirirəm və buna görə sizə minnətdaram. Bu gün Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biridir, azərbaycanlıların soyqırımı günüdür. Bu günü Azərbaycan xalqı həmişə yadda saxlayacaq və heç vaxt unutmayacaq. Ermənistan 26 il əvvəl azərbaycanlılara qarşı soyqırımı törədib. Bunun nəticəsində 613 dinc sakin öldürülüb, onlardan 106-sı qadın, 63-ü uşaqdır. 1200-dən çox dinc sakin əsir düşüb və işgəncələrə məruz qalıb, 500-ə qədər insan əlil olub, 150 dinc sakin barədə isə heç bir məlumat yoxdur. Onlar itkin düşmüş sayılırlar, amma onların öldürüldüyü ehtimalı daha çoxdur. Həmin müdhiş gün, həmin qanlı faciə barədə çox sayda video, foto materiallar, möcüzə nəticəsində sağ qalmış insanların şahidliyi var. Bu, erməni faşizminin təzahürü idi. Bu, vəhşiliyin təzahürü idi.

Bu gün bütün dünyada “Xocalıya ədalət!” kampaniyası genişlənir. Bu günlər dünyanın bir çox ölkələrində matəm tədbirləri keçirilir. Bu günlər Azərbaycanın diaspor təşkilatları, ictimaiyyət “dəyirmi masa”lar, təqdimatlar, sərgilər keçirir. Bütün foto və video sənədlər bu böyük faciə haqqında şahidlik edir. Biz bunu xatırlayırıq. Bunu heç vaxt unutmayacağıq. Bu faciənin heç vaxt təkrarlanmaması üçün Azərbaycan daha güclü olmalıdır. Siz mənim bu matəm gününü hansı hisslərlə qarşıladığımı soruşdunuz - hər bir azərbaycanlının keçirdiyi hisslərlə, günahsız öldürülənlərə görə dərd, kədər, qurbanlara görə ağrı hissi, eyni zamanda, ölkəmizi möhkəmləndirmək qətiyyəti ilə. Azərbaycan xalqının gələcəkdə heç vaxt belə faciə ilə üzləşməməsi üçün ölkəmizin iqtisadi, hərbi potensialını möhkəmləndirməliyik.

Müxbir: İlham Heydər oğlu, bu müsahibəyə, bizimlə vaxt tapıb görüşdüyünüzə görə təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Müxbir: Bu, dövlət üçün kədərlidir.

Prezident İlham Əliyev: Bu gün bizimlə burada olduğunuza görə bir daha sizə təşəkkür etmək istəyirəm. Çox sağ olun.

Müxbir: İştirak etməkdən məmnun olduq.

1news.az

Paylaş:
580

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər