“Grammy” mükafatçısı Coss Stoun Bakıda konsert verəcək - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Grammy” mükafatçısı Coss Stoun Bakıda konsert verəcək - FOTO - VİDEO

11:50 - 26 / 02 / 2018
“Grammy” mükafatçısı Coss Stoun Bakıda konsert verəcək - FOTO - VİDEO

Minlərlə insanların qarşısında, 130 ölkədə çıxış edən, dünya səviyyəsində tanınmış Böyük Britaniya ifaçısı Coss Stoun (Joss Stone) 3 mart 2018-ci ildə ilk dəfə Bakıda özünün “Ümumi dünya turu” çərçivəsində çıxış edəcək.

1news.az  xəbər verir ki, bu barədə müğənni özünün çəkdiyi videoda məlumat verib:

Planetin hər bir yerində universal dil olan musiqini başa düşmək və kəşf etmək missiyasını yerinə yetirməklə musiqisi ruhun, R&B və reqqi janrların sintezini edən xanım Stone, 12 illik karyerasi müddətində ifa etdiyi müxtəlif mahnıları ilə yanaşı, klassik musiqiləri və yeni yazılmış musiqiləri ifa edəcək. Coss Stounun səhnədəki hər bir çıxışı fərqlidir və tamaşaçıların ehtiyac, istək və arzularını təmin edən bir musiqi təcrübəsi kimi çiçəklənməyə imkan verir.

Martın 4-də o, yerli musiqiçilər ilə görüşərək Azərbaycan xalq musiqisi elementlərinin istifadəsi ilə canlı ifa edəcək.  Daha sonra xanım Stoun Bakıya səfər zamanı yerli xeyriyyə təşkilatları ilə görüşmək niyyətindədir.

Konsertin promo videosu:

Qeyd üçün bir daha bildirmək istərdik ki, Coss Stounun konserti 3 mart saat 21:00-da “the Landmark”-ın Rotunda Cazz klubunda keçiriləcək.

Biletləri iticket.az saytından və şəhərimizin bilet kassalarından əldə edə bilərsiniz.

P.Sultanova

 

 

Paylaş:
632

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər