Prezident Azərbaycan və Moldova arasında hərbi sahədə əməkdaşlığa dair sazişi təsdiqləyib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Azərbaycan və Moldova arasında hərbi sahədə əməkdaşlığa dair sazişi təsdiqləyib

10:46 - 01 / 03 / 2018
Prezident Azərbaycan və Moldova arasında hərbi sahədə əməkdaşlığa dair sazişi təsdiqləyib

Prezident İlham ƏliyevAzərbaycan Respublikası hökuməti və Moldova Respublikası hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan və Moldova arasında hərbi sahədə əməkdaşlıq haqqında 2017-ci il aprelin 24-də Kişinyov şəhərində və iyunun 12-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilib.

Müdafiə Nazirliyinə sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

1news.az

Paylaş:
669

Son xəbərlər

Bütün xəbərlər