Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqları artırıldı | 1news.az | Xəbərlər
Rəsmi

Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqları artırıldı

18:05 - 03 / 03 / 2018
Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqları artırıldı

Prezident İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

  1. Dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

S.Xankişiyeva

 

Paylaş:
761

Son xəbərlər

Bütün xəbərlər