Azərbaycan Abu Dabidə beynəlxalq mədəniyyət festivalında - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Abu Dabidə beynəlxalq mədəniyyət festivalında - FOTO

09:46 - 05 / 03 / 2018
Azərbaycan Abu Dabidə beynəlxalq mədəniyyət festivalında - FOTO

Abu Dabidə yerləşən ən çoxmillətli məktəb olan “Gems American Academy” təhsil kompleksində keçirilmiş “Beynəlxalq Mədəniyyət Günü” tədbirində Azərbaycan stendlə təmsil olunub.

1news.az-a ölkəmizin BƏƏ-dəki səfirliyindən verilən məlumata görə, tədbir çərçivəsində Azərbaycan səfirinin xanımı Ülviyyə Şikarova və BƏƏ-dəki Azərbaycan icması tərəfindən birgə təşkil edilmiş Azərbaycan stendində yerləşdirilmiş mədəniyyət və turizm imkanlarına dair materiallar, suvenirlər, xalçalar, şəkillər, milli geyimlər, milli kulinariyamızın dolma, aş, qutab, şəkərbura, paxlava, külçə, şəkərçörəyi kimi nümunələri, həmçinin milli incəsənətimizin incisi olan kəlağayılar tədbir iştirakçılarına paylanılıb.

Azərbaycan stendində həmçinin, Azərsun şirkətinin istehsalı olan təbii meyvə şirələri də iştirakçılara təqdim olunub.

Stenddə, həmçinin Azərbaycan torpaqrlarının Ermənistan tərəfindən işğal edilməsi, işğal nəticəsində Azərbaycanın zəngin təbiət və mədəniyyətinə vurulan ciddi zərər, böyük humanitar və iqtisadi ziyan, məscidlərin və tarixi abidələrin dağıdılması barədə məlumatları əks etdirən lövhə yerləşdirilib.

Azərbaycan stendi tədbir iştirakçılarında böyük maraq yaradıb.

1news.az

Paylaş:
871

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər