Prezident Moskva Akademik Satira Teatrının direktoruna “Dostluq” ordenini təqdim edib - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Moskva Akademik Satira Teatrının direktoruna “Dostluq” ordenini təqdim edib - FOTO - YENİLƏNİB

12:41 - 06 / 03 / 2018
Prezident Moskva Akademik Satira Teatrının direktoruna “Dostluq” ordenini təqdim edib - FOTO - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevi qəbul edib.

1news.az xəbər verir ki, dövlətimizin başçısı Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevin keçən il qeyd olunan yubileyi münasibətilə təbriklərini çatdırdı və onun Azərbaycan Respublikasının yüksək ordeni olan “Dostluq” ordeni ilə təltif edildiyini vurğuladı. Prezident İlham Əliyev Məmmədəli Ağayevin 25 ildən artıqdır ki, Moskva Akademik Satira Teatrının direktoru vəzifəsində işlədiyini qeyd edərək onun Rusiyada teatr sənətinin inkişafına böyük töhfə verdiyini dedi.

Moskva Akademik Satira Teatrının Rusiyanın aparıcı teatrlarından biri olduğunu qeyd edən dövlətimizin başçısı xalqımızın nümayəndəsinin uzun illər belə yüksək vəzifədə fəaliyyət göstərərək böyük hörmət qazandığını vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, Məmmədəli Ağayev bu günə qədər həmişə Azərbaycanla yaxından əlaqə saxlayıb və vətənindən ayrılmayıb. Məmmədəli Ağayevin Rusiya-Azərbaycan əlaqələrinin inkişafında rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirdi ki, ikitərəfli münasibətlərimizin inkişafında mədəniyyət əlaqələri xüsusi rol oynayır. Ölkələrimizin humanitar sahədə çox uğurlu əməkdaşlıq etdiyini deyən dövlətimizin başçısı qeyd etdi ki, Məmmədəli Ağayev bütün bu işlərə fəal töhfə verir. Prezident İlham Əliyev keçən il imzaladığı Sərəncamla Məmmədəli Ağayevin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edildiyini bir daha bildirdi və ordeni ona təqdim etdi.

Bir çox dövlət mükafatlarına layiq görüldüyünü qeyd edən Məmmədəli Ağayev Azərbaycan Respublikasının “Dostluq” ordeninin onun üçün xüsusi dəyər daşıdığını bildirdi. 38 ildir ki, Moskvada yaşadığını vurğulayan Məmmədəli Ağayev bildirdi ki, bütün ömrünü teatr sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmlənməsi işinə həsr edib və bundan sonra da Rusiya-Azərbaycan mədəni əlaqələrinin yüksək səviyyədə olması üçün səylərini əsirgəməyəcək. Məmmədəli Ağayev dövlətimizin başçısına qarşıdan gələn prezident seçkilərində uğurlar arzuladı.

Sonda xatirə şəkli çəkdirildi.

11:14

Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevə “Dostluq” ordenini təqdim edib.

1news.az bu barədə dövlət başçısının saytına istinadla xəbər verir.

1news.az

Paylaş:
744

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər