“Elisa Winemaker Reserve” şərabları sevginin tarixi kimi – FOTO

Martın 6-da “Savalan” şərab xəttinə “Şur” restoranında təntənəli surətdə təqdim olunan yeni “Elisa Winemaker Reserve” şərabı əlavə olundu.
ASPI AGRO MMC əsas fəaliyyət istiqaməti olaraq üzümün yetişdirilməsi və artıq 11 yaşı tamam olan yüksəkkeyfiyyətli şərabların istehsalını seçərək 2007-ci ildə təsis olunub. Şirkət nadir iqlim şəraitinə malik, qədim zamanlarda şərab sənayesinin çiçəkləndiyi yerdə - Böyük Qafqaz dağlarının ətəklərində, Savalan vadisində şərabçılıq sənətini dirçəldib.
“Savalan” şərabının adı, ilk öncə, üzümün toplandığı, istehsal olunduğu və şüşələrə süzüldüyü yuxarıda göstərilən vadisin adıdır. Savalan – diyarın ən gözəl yeri, Qəbələ rayonunun ürəyidir.
“Savalan” şərab brendi müxtəlif sərgilər və şərab forumlarında bir çox peşəkar mükafatlar qazanaraq yalnız Azərbaycanda deyil, həmçinin onun hüdudlarından kənarda sevilib, 2018-ci ilin mart ayında isə “Savalan” yeni “Elisa Winemaker Reserve” şərabını əlavə edərək öz şərab xəttini genişləndirib.
Qeyd edək ki, “Savalan” şərabları yüksəkixtisaslı italyan texnoloqlar – Daniel D`Andrea və Eliza Vaqnoninin rəhbərliyi altında istehsal edilir. Aşağıda ətraflı məlumat təqdim edilən yeni şərab məhz Eliza Vaqnoninin şərəfinə adlandırılıb.
Daniel D`Andrea və Eliza Vaqnoni Qəbələdə tanış olub. İtalyan texnoloqların peşəkar münasibətləri dostluğa çevrilib, daha sonra isə onların arasında məhəbbət yaranıb. Cütlük ailə həyat qurub, yaxın zamanlarda isə onların gözəl qızı dünyaya gəlib. Azərbaycanda görüşən və bir-birini sevən italyan cütlüyün sevgi hekayəsi onların işinə, yəni, yeni şərabların istehsalına öz təsirini göstərib. Beləliklə yeni “Elisa Winemaker Reserve” şərabı yaranıb.
“Şur” restoranında qonaqlara yeni şərabı təqdim edən zaman Daniel D`Andrea yüksək keyfiyyətin “Savalan” şərablarının əsas fərqləndirici xüsusiyyəti olduğunu vurğulayıb. Eliza Vaqnoni isə “Elisa Winemaker Reserve” şərabı haqqında danışarkən onun hazırlanması zamanı ailə ənənələrindən ilham aldığını qeyd edib:
“Nəticədə özəl günlər üçün xüsusi şərab hazırlanıb”.
“Elisa Winemaker Reserve” özündə aşağıdakı şərab çeşidlərini birləşdirir: Şardone, Traminer, ağ Muskat, sarı Muskat. Üzüm bağları Azərbaycanın şimal-qərbində Qəbələ şəhərindən 40 km aralıqda Savalan vadisində yerləşir. Alkoqolun dərəcəsi 13,5% bərabərdir, vinifikasiya: fermentləşdirilib və palıd çəlləkdə saxlanılıb.
“Elisa Winemaker Reserve” – ağ və sarı meyvə notları, vanil və bal ətri ilə əhatə olunan yüngül çiçək çalarlarıdır. “Savalan” şərab xəttinin yeni məhsulu balıq və ağ ətdən xörəklərlə çox gözəl şəkildə uyğunlaşır və meditasiya üçün mükəmməl şərabdır.
“Elisa Winemaker Reserve”-i şərabının mükəmməl dadı, yüngüllüyü və nəcibliyini ilk layiqincə qiymətləndirənlər təntənəli təqdimatının qonaqları oldu.
“Savalan” şərabları barədə ətraflı məlumatı aşağıdakı keçiddən, eləcə də ASPI AGRO MMC-nin rəsmi saytında əldə edə bilərsiniz.
Reklam hüququnda