Avropa Liqası: “Atletiko”dan darmadağın, “Borussiya”dan gözlənilməz məğlubiyyət
Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsi çərçivəsində ilk oyunlar keçirilib.
1news.az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”a rəqib olmuş “Atletiko” evdə keçirdiyi ilk oyununda Moskva “Lokomotiv”inin qapısından 2 cavabsız top keçirib.
Dortmundun “Borussiya” komandası azarkeşlərini məyus edib. Doğma arenada Avstriyanın “Zalsburq” klubunu qəbul edən almanlar meydanı məğlub tərk ediblər.
Mərhələnin ən çox gözlənilən qarşılaşması isə İtaliyada baş tutub. Belə ki, “Milan” doğma azarkeşləri önündə “Arsenal”ı qəbul edib. Meydan sahiblərinin qapısından 2 cavabsız top keçirən İngiltərə klubu cavab görüşü öncəsi böyük üstünlük əldə edib.
Avropa Liqası
1/8 final, ilk oyunlar
8 mart
“Atletiko” (İspaniya) – “Lokomotiv” (Rusiya) - 3:0
Qollar: Saul, 22; Dieqo Kosta, 47; Koke, 90
“Borussiya” D. (Almaniya) – “Zalsburq” (Avstriya) - 1:2
Qollar: Şürrle, 62 - Berişa, 49, (pen.), 56
“Milan” (İtaliya) – “Arsenal” (İngiltərə) - 0:2
Qollar: Mxitaryan, 15; Remsi, 45+4
MOİK (Rusiya) – “Lion” (Fransa) - 0:1
Qol: Marselo, 68
“Latsio” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna) - 2:2
Qollar: İmmobile, 54; Anderson, 62 - Tsiqankov, 52; Moraeş, 79
“Leyptsiq” (Almaniya) – “Zenit” (Rusiya) - 2:1
Qollar: Bruma, 56; Verner, 77 - Krişito, 86
“Marsel” (Fransa) – “Atletik” (İspaniya) - 3:1
Qollar: Okampos, 1, 57; Paye, 14 - Aduriz, 45+3 (pen.)
“Sportinq” (Portuqaliya) – “Viktoriya” (Plzen, Çexiya) - 2:0
Qollar: Montero, 45+1, 49
1news.az