Bu gün 40 minə yaxın şagirdin imtahanıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 40 minə yaxın şagirdin imtahanıdır

11:26 - 11 / 03 / 2018
Bu gün 40 minə yaxın şagirdin imtahanıdır

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 27 şəhər və rayonda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.

1news.az-a DİM-ə istinadən xəbər verir ki, bu gün imtahanda 39496 nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

Onlardan Sumqayıt şəhərində 4416, Abşeron rayonunda 3842, Gəncə şəhərində 3365, Daşkəsən rayonunda 280, Göygöl rayonunda 877, Samux rayonunda 676, Şamaxı rayonunda 944, Naftalan şəhərində 88, Goranboy rayonunda 1320, Yevlax şəhərində 1397, Şəki şəhərində 2045, Qəbələ rayonunda 1343, Oğuz rayonunda 561, Bərdə rayonunda 2200, Ağdam rayonunda 929, Tərtər rayonunda 886, Kürdəmir rayonunda 1203, Zərdab rayonunda 611, Ağsu rayonunda 681, İmişli rayonunda 1252, Sabirabad rayonunda 1799, Biləsuvar rayonunda 1387, Saatlı rayonunda 1019, Lənkəran şəhərində 2282, Astara rayonunda 1283, Xaçmaz rayonunda 2112, Şabran rayonunda 698 nəfər qeydiyyatdan keçib.

İmtahan saat 11:00-da başlanır.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 87 imtahan mərkəzi, imtahanların idarə olunmasına isə 277 imtahan rəhbəri, 3355 nəzarətçi‑müəllim ayrılıb.

S.Xankişiyeva

Paylaş:
529

Son xəbərlər

Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34Bakıda evdən 17 min manatdan çox pul oğurlanıbBu gün, 10:29Prezident İlham Əliyev Zəfər parkında olub - FOTOBu gün, 10:14Cəlil Xəlilov: 27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də milli qürur günüdürBu gün, 09:49Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:28Şahdağda qar yağıb - Faktiki havaBu gün, 09:28İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:16AMB günün valyuta məzənnələrini açıqlayıbBu gün, 09:14Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıbBu gün, 09:1327 sentyabr Anım Günü - Vətən müharibəsinin başlamasından 4 il ötürBu gün, 09:11Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56
Bütün xəbərlər