“Qarabağ” “Neftçi” ilə heç-heçə etdi, “Sumqayıt” 3-cü pillədə - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” “Neftçi” ilə heç-heçə etdi, “Sumqayıt” 3-cü pillədə - VİDEO

22:41 - 14 / 03 / 2018
“Qarabağ” “Neftçi” ilə heç-heçə etdi, “Sumqayıt” 3-cü pillədə - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub.

1news.az-ın məlumatına görə, ikinci oyun günündə üç görüş keçirilib.

Son turlar inamsız təsir bağışlayan “Zirə” “Səbail”i qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.

Turun mərkəzi oyununda “Neftçi” “Qarabağ”la üz-üzə gəlib. Görüşdə hesab açılmayıb.

Turun son qarşılaşmasında “Sumqayıt” öz meydanında “Kəpəz”i qəbul edib. Qonaqlar ilk hissədə hesabda önə çıxsa da, Samir Abasovun komandası ikinci hissədə 2 qol vuraraq əzmkar qələbə qazanıb. Bununla da, xalını 34-ə çatdıran “Sumqayıt” “Zirə”ni qabaqlayaraq 3-cü pilləyə yüksəlib.

Azərbaycan Premyer Liqası

XX tur

14 mart (çərşənbə)

“Sumqayıt” – “Kəpəz” - 2:1

Qollar: Bəhlul Mustafazadə, 72; Cavid İmamverdiyev, 89 - İqor Korotetski, 44

“Neftçi” – “Qarabağ” - 0:0

“Zirə” – “Səbail” - 1:1

Qollar: Aleksandr Dedov, 17 - Nikoloz Apakidze, 54

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

20

15

4

1

30-7

49

2

Qəbələ

20

12

3

5

34-20

39

3

Sumqayıt

20

10

4

6

27-21

34

4

Zirə

20

9

6

5

28-20

33

5

Neftçi

20

8

3

9

24-22

27

6

Səbail

20

5

3

12

14:28

18

7

Keşlə

20

4

4

12

17:32

16

8

Kəpəz

20

3

1

16

13:36

10

1news.az

Paylaş:
767

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər