Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib | 1news.az | Xəbərlər
Rəsmi

Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib

18:32 - 16 / 03 / 2018
Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncama əsasən, Dövlət Miqrasiya Xidmətirəisinin birinci müavini Vəli Nağı oğlu Nağıyevə II dərəcəli dövlət miqrasiya xidmətimüşaviri ali xüsusi rütbəsi verilib.

Sözügedən qurumun aşağıdakı əməkdaşlarına isə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib:

Talıbov Rza Vasif oğlu –Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi

Nəbiyev Şahin Hidayət oğlu - Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi

1news.az

Paylaş:
922

Son xəbərlər

Bütün xəbərlər