AFFA hakimi təhqir edən futbolçunu cəzalandırdı | 1news.az | Xəbərlər
Futbol

AFFA hakimi təhqir edən futbolçunu cəzalandırdı

14:14 - 22 / 03 / 2018
AFFA hakimi təhqir edən futbolçunu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

1news.az xəbər verir ki, aparılan müzakirələrdən sonra I divizionun XIX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.

“Ağsu” – “Zaqatala” matçının 54-cü dəqiqəsində “Ağsu”nun futbolçusu Nurlan İsbəndiyarov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub. Oyunun 69-cu dəqiqəsində “Zaqatala”nın futbolçusu Haqverdi Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Turan Tovuz” – “Şüvəlan” matçının 90+4-cü dəqiqəsində “Şüvəlan”ın futbolçusu Mirkamil Həşimi hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 320 manat cərimə olunub.

“Sabah” – “Binə” matçının 90+2-ci dəqiqəsində “Binə”nin futbolçusu Məqsum Qəmbərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

“Xəzər” – “Mil-Muğan” matçının 80-cı dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Anar Babazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klubu 160 manat cərimə olunub.

1news.az

Paylaş:
741

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər