Millimiz Kosovoya məğlub olub | 1news.az | Xəbərlər
Futbol

Millimiz Kosovoya məğlub olub

11:58 - 23 / 03 / 2018
Millimiz Kosovoya məğlub olub

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilir.

1news.az-ın məlumatına görə, millimizin mübarizə apardığı 5-ci qrupda iki görüş oynanılıb.

Yığmamız səfərdə Kosovo ilə qarşılaşıb. Bu, baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında komandamızın ilk rəsmi oyunu idi. Sadıqovun debütu uğurlu alınmayıb. Belə ki, ikinci yarıda qapısında 2 top görən millimiz səfərdə xalsız qalıb.

Qrupun digər oyununda Almaniya yığması İsraili 3:0 hesabı ilə məğlub edib. 

22 mart

Kosovo - Azərbaycan - 2:0 

Qollar: Florent Hasani, 54, Besfort Kolgeci, 61

1news.az

Paylaş:
696

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər