Hüseyn Bağırov 6 rayonun sakinləri ilə görüşəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov martın 30-da Ucar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 153) vətəndaşları qəbul edəcək.
1news.az-ın məlumatına görə, saat 10:00-da başlayacaq qəbula Ucarla yanaşı Kürdəmir, Şamaxı, Ağsu, Qobustan və Göyçay rayonlarının sakinləri yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Kürdəmir şəhəri, 17 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi (ünvan: Heydər Əliyev prospekti 20) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-731-47-37, 051-458-73-73, 012-585-06-56) xahiş olunur.
1news.az