Rauf Əliyev “Qəbələ”də | 1news.az | Xəbərlər
Futbol

Rauf Əliyev “Qəbələ”də

17:40 - 28 / 03 / 2018
Rauf Əliyev “Qəbələ”də

“Qəbələ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

1news.az kluba istinadla xəbər verir ki, “qırmızı-qaralar” Rauf Əliyevlə müqavilə imzalayıblar. İyirmi doqquz yaşlı hücumçu 2019-cu ilin yayınadək “Qəbələ”nin şərəfini qoruyacaq.

Son klubu Albaniya təmsilçisi “Kukesi” olan R.Əliyev 2017-ci ilin ikinci yarısında bu ölkədə legioner həyatı yaşayıb. O, karyerası ərzində “Qarabağ”, “Bakı”, “Xəzər-Lənkəran”, “Neftçi” və “İnter” klublarının da formasını geyinib.

Futbolçu 2010-cu ildə debüt etdiyi Azərbaycan yığmasında keçirdiyi 45 oyunda 7 qol vurub.

1news.az

Paylaş:
846

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər