Soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini D.Fukalov rayon ərazisində iki naməlum şəxsin zor tətbiq edərək 1080 manat və 168 ABŞ dolları məbləğində pulunu aldıqlarını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər “isti izlər”lə saxlanılıblar.
Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum edilən Edqar Eyyubov və Təbriz İbrahimli olduqları müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
1news.az
563