Ağsu, İsmayıllı, Qobustan və Şamaxıda modul tipli məktəblər quraşdırılacaq - SİYAHI | 1news.az | Xəbərlər
Rəsmi

Ağsu, İsmayıllı, Qobustan və Şamaxıda modul tipli məktəblər quraşdırılacaq - SİYAHI

19:18 - 02 / 04 / 2018
Ağsu, İsmayıllı, Qobustan və Şamaxıda modul tipli məktəblər quraşdırılacaq - SİYAHI

Prezident İlham Əliyev Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması məqsədi ilə qərara alıram:

1. Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında cəmi 776 şagird yerlik modul tipli 14 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 392 000 (dörd milyon üç yüz doxsan iki min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

Sıra   №-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

İsmayıllı rayonu Gəndov kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

2

İsmayıllı  rayonu Girk kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

3

İsmayıllı rayonu Uştaqlışlaq kənd 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

315 000

4

Şamaxı rayonu Talışnuru kənd 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

330 000

5

Şamaxı rayonu Ərciman kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

6

Şamaxı rayonu Cıraqlı kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

230 000

7

Şamaxı rayonu Cabanı kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

230 000

8

Şamaxı rayonu Çağan kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

230 000

9

Şamaxı rayonu Laləzar kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

330 000

10

Şamaxı  rayonu Sabirli kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

230 000

11

Qobustan rayonu Şıxzərli kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

12

Ağsu rayonu Sanqalan kənd 40  şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

13

Ağsu rayonu Abasxanlı kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

14

Ağsu rayonu Sarvan kənd  96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

 

Cəmi

4 392 000

1news.az

Paylaş:
1114

Son xəbərlər

Bütün xəbərlər