Beynəlxalq dərəcəli ekspert Alum Bati tərəfindən “Müqavilə hüququ” adlı intensiv kurs - FOTO

ƏLA XƏBƏR! LAN Law Chambers hüquq şirkəti ilə əməkdaşlığın nəticəsi olaraq biz Alum Bati tərəfindən aparılacaq intensiv “Müqavilə hüququ” kurslarına start veririk.
GİRİŞ
Müqavilələrin praktiki aspektləri barədə müqavilə hüququnun aparıcı hüquqşünaslarından biri olan Alum Batidən öyrənin. Əksər fiziki şəxslər və biznes sahibləri müqavilənin bağlanması və ya müqavilə şərtlərinin pozulmasının nəticələrini tam şəkildə anlamırlar. Təqdim ediləcək kurslar müqavilə ilə gələcəkdə işləmək üçün zəruri olan bilik və bacarıqları tədris edəcək və iştirakçılara müqavilə hüququnu əsas məqamlarını cəmləşdirən tam icmalını verəcəkdir.
BUNLARI ÖYRƏNƏCƏKSİNİZ:
- Müqavilə kimin xeyrinə bağlanılır?
- Müqavilə nə vaxt bağlanmış hesab olunur və onun hüquqi qüvvəsi?
- Müqavilədə müvafiq ümumi terminlər necə şərh edilməlidir?
- Müqavilə hansı qanunla tənzimlənməlidir?
- Vergi qoyma müqavilənin predmetinə necə təsir edir?
- Mübahisələrin hansı həlli üsulları mövcuddur və hansını seçməli?
- Müqavilə hazırlama texnikası
SPİKER ALUM BATİ HAQQINDA
- Alum London Universitetinin məzunu, eləcə də Vestminster Universitetinin Hüquq ixtisası üzrə məzun diplomunun və vəkil dərəcəsinin sahibidir (O, İngiltərə və Uels Vəkillər Kollegiyasının üzvüdür)
- Alum Korporativ İdarəetmə üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı İşçi Qrupu; Enerji Xartiyasının Katibliyinin Məsləhət panelində; Britaniya Gəmiçiliyinin Baş Şurasının vergi komitəsi; Vəkillər Assosiasiyasının Biznes Maliyyəsi və Sənayesi (İngiltərə və Uels) üzrə qanunvericilik islahatları komitəsi və Britaniya Sənayesi Konfederasiyasının Büdcə Təklifləri üzrə İşçi Qrupu daxil olmaqla bir sıra yüksək səviyyəli qurumlarda işləyib.
- Alum hazırda LAN Law Chambers LLP hüquq şirkətinin İdarəedici Partnyoru və Britaniya Biznes Qrupunun Katibidir. O, həmçinin Azərbaycanda Amerika Ticarət Palatasının direktoru və vitse-prezidenti vəzifəsində çalışmışdır
- Alum dörd Britaniya səfirinin Fəxri Hüquq Müşaviri olub
- Alum BP-də menecer vəzifəsində işləyib və BP-nin Yaponiya ofisinin Hüquq və vergi şöbəsinin rəhbəri olub
- Alum Azərbaycanda “Ernst &Young” şirkətini yaradıb və onun ilk ölkə direktoru olub
- Alum “Salans” (hazırda “Dentons”-un bir hissəsi) qlobal hüquq firmasının Azərbaycan üzrə İdarəedici Partnyoru olub
- Alum Müqavilə Hüququ üzrə Birləşmiş Krallıqda və Hüquq Professoru kimi Azərbaycanda mühazirələr keçirib.
BAŞLAMA: 14 aprel 2018-ci il
MÜDDƏT: 10 saat
GÜNLƏR: həftə sonları (şənbə və bazar günləri) (Aprel 14-29)
VAXT: 10:00, 12:00
QİYMƏT: 400 AZN
DİL: İngilis dili
SERTİFİKAT: təqdim ediləcək
QEYDİYYAT: https://goo.gl/forms/AfjpcPcR86w8rE6i1
HƏDƏF AUDİTORİYASI: Müqavilənin bağlanması sahəsində biliklərini təkmilləşdirmək istəyən hüquqşünaslar; danışıqlar zamanı müqavilənin müəyyən şərtlərinin əhəmiyyətini və nəticələrini bilmək istəyən iş adamları; müqavilələrin hazırlanması üzrə bilikləri əldə etmək ehtiyacı olan qeyri-hüquqşünaslar (hüquqşünasların köməkçiləri, HR mütəxəssislər və s.) daxil olmaqla, tələbələr və hüququ tətbiq edən hüquqşünaslar.
Daha ətraflı məlumat üçün:
+994 12 310 09 08
+994 70 202 46 92
Reklam hüququnda