Abid Şərifov: Bayıl zonasında tikinti aparmaq olmaz | 1news.az | Xəbərlər
Cəmiyyət

Abid Şərifov: Bayıl zonasında tikinti aparmaq olmaz

16:20 - 04 / 04 / 2018
Abid Şərifov: Bayıl zonasında tikinti aparmaq olmaz

“Bayıl zonasında tikinti aparmaq olmaz”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, baş nazirin müavini Abid Şərifov sürüşmə zonalarında ev tikintisinin qəti qadağan olunduğunu bəyan edib.

A.Şərifov bildirib ki, Nazirlər Kabineti 3 il əvvəl sürüşmə zonaları ilə bağlı qərar verib:

“Ümumiyyətlə, istər Abşeronda, istər Azərbaycanın başqa bölgələrində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri tərəfindən sürüşmə zonaları müəyyən edilib və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Tapşırılıb ki, sürüşmə zonalarında tikinti aparmaq olmaz, bu, qəti qadağandır. Nəticəsi də göz qarşısındadır. Bayıl zonasında tikinti aparmaq olmaz”.

S.Xankişiyeva

 

 

Paylaş:
609

Son xəbərlər

Bütün xəbərlər