İlham Əliyev İordaniyanın informasiya və kommunikasiya üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev İordaniyanın informasiya və kommunikasiya üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB

16:26 - 04 / 04 / 2018
İlham Əliyev İordaniyanın informasiya və kommunikasiya üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də İordaniya Haşimilər Krallığının informasiya və kommunikasiya üzrə dövlət naziri Mohammad Əl Momanini qəbul edib.

1news.az xəbər verir ki, Mohammad əl-Momani İordaniya Kralı II Abdullah ibn Al Hüseynin Prezident İlham Əliyevə və Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırdı. Qonaq qeyd etdi ki, ölkəsi Prezident İlham Əliyevin liderliyinə, Azərbaycana və Azərbaycan xalqına dərin rəğbət hissi ilə yanaşır. İordaniyada ölkəmizin əldə etdiyi uğurların maraqla izlənildiyini deyən Mohammad əl-Momani Azərbaycanın mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən bir nümunə ölkə olduğunu bildirdi.

İordaniya Kralı ilə Azərbaycan Prezidenti arasında olan şəxsi dostluq əlaqələrinin ikitərəfli münasibətlərimizdə böyük rolunu qeyd edən Mohammad əl-Momani İordaniya Kralı tərəfindən Azərbaycanla həm siyasi, həm də iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı göstərişlər verildiyini dedi. Azərbaycanın Qoşulmama Hərəkatı nazirlər konfransına ev sahibliyini yüksək qiymətləndirən İordaniya Haşimilər Krallığının informasiya və kommunikasiya üzrə dövlət naziri Mohammad əl-Momani bu tədbirə dəvətə görə minnətdarlığını ifadə etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseynlə şəxsi dostluq əlaqələrinin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini vurğuladı. İordaniyanın Azərbaycana dost ölkə olduğunu bildirən dövlətimizin başçısı ölkələrimiz arasında siyasi sahədə yaxşı münasibətlərin olduğunu qeyd etdi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması və investisiya imkanlarından istifadə edilməsinin vacibliyini vurğuladı. Azərbaycanın mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini məmnunluqla qeyd edən Prezident İlham Əliyev Qoşulmama Hərəkatı nazirlər konfransının əhəmiyyətinə toxundu və Azərbaycanın bu konfransa qarşıdan gələn sədrliyi illərində ölkələrimizi maraqlandıran məsələlərlə bağlı uğurlu əməkdaşlıq həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseynin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş etdi.

S.Xankişiyeva

Paylaş:
544

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər