Azərbaycanla BQXK arasında əməkdaşlıq sazişinin müddəti uzadılıb
Prezident İlham Əliyev Azərbaycan hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli sazişin qüvvədəolma müddətinin uzadılması haqqında protokolun təsdiq edilməsi barədə sərəncam imzalayıb.
1news.az-ın məlumatına görə, 2018-ci il fevralın 5-də Bakı şəhərində imzalanmış protokol qüvvəyə mindikdən sonra Ədliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə bildiriş göndərməlidir.
1news.az
569