Məşqçilərimiz danışılmış oyunları müzakirə edib | 1news.az | Xəbərlər
Futbol

Məşqçilərimiz danışılmış oyunları müzakirə edib

21:25 - 05 / 04 / 2018
Məşqçilərimiz danışılmış oyunları müzakirə edib

Aprelin 3-dən etibarən İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında PRO kateqoriyası kurslarında təhsil alan məşqçilər üçün “UEFA Pro licence Student exchange” adlı seminar keçirilir.

1news.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, aprelin 6-dək davam edəcək seminarda Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər iştirak edir.

Oyunların şəffaflığına nəzarət üzrə UEFA-nın məsul nümayəndəsi Nicholas Raudenski futbol qarşılaşmalarında nəticələrin manipulyasiyası cəhdləri və bununla mübarizə ilə bağlı seminarda mühazirə oxuyub, məşqçilərə müvafiq məlumatlar verib.

1news.az

Paylaş:
723

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər