“Liverpul”dan darmadağın, Barselonada iki avtoqol – VİDEO
Dünən axşam Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.
1news.az-ın məlumatına görə, qarşılaşmaların birində iki İngiltərə klubu - “Liverpul” və “Mançester Siti” üz-üzə gəlib.
“Enfild Roud” stadionunda beş tutan qarşılaşmanın taleyi ilk hissədə həll edilib. Belə ki, Salah, Oksleyd-Çemberleyn və Manenin qolları ilə rəqibinə 3:0 hesabı ilə qalib gələn meydan sahibləri cavab görüşü öncəsi böyük üstünlük əldə ediblər.
Günün digər qarşılaşması İspaniyada baş tutub. Doğma arenada “Roma”nı qəbul edən “Barselona” da rəqibini böyük hesabla məğlub etməyi bacarıb – 4:1. Maraqlıdır ki, “Roma”nın qapısından keçən iki qol avtoqolla yadda qalıb.
Qeyd edək ki, cavab görüşləri aprelin 10-da keçiriləcək.
Çempionlar Liqası
1/4 final (ilk oyunlar)
4 aprel
“Liverpul” (İngiltərə) – “Mançester Siti” (İngiltərə) - 3:0
Qollar: Salah, 12, Oksleyd-Çemberleyn, 21, Mane, 31
Baş hakim: Feliks Brix (Almaniya)
Liverpul, “Enfild Roud” stadionu
“Barselona” (İspaniya) – “Roma” (İtaliya) - 4:1
Qollar: De Rossi, 38 (avtoqol), Manolas, 55 (avtoqol), Pike, 59, Luis Suarez, 87 - Ceko, 80
Baş hakim: Danni Makiele (Hollandiya)
Barselona, “Nou Kamp” stadionu
1news.az