Bakıda Vişeqrad ölkələrinin turizm potensialı təqdim olunub
Macarıstanın Vişeqrad qrupuna sədrliyi çərçivəsində Bakıda bu ölkələrin turizm potensialına dair tədbir keçirilib.
1news.az xəbər verir ki, tədbirdə çıxış edən Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi Vişeqrad qrupunun güclü və uğurlu şəkildə fəaliyyətini davam etdirdiyini deyib.
O, ölkəsi ilə Azərbaycan arasında əməldaşlığın inkişaf etdiyini deyərək birbaşa hava reysinin bərpasının iki ölkə arasında turizm sahəsində də əlaqələrin inkişafına təkan verəcəyini əlavə edib.
Daha sonra Macarıstan, Çexiya, Slovakiya və Polşanın turizm potensialına dair videotəqdimat olub.
P.Sultanova
419