“Real Madrid” Doqquz Dəyər Kuboku ilə mükafatlandırılıb
Aprelin 4-də İspaniyanın peşəkar futbol klubu “Real Madrid” “Santyaqo Bernabeu” stadionunda “Dostluq üçün futbol” beynəlxalq uşaq sosial proqramı çərçivəsində Doqquz Dəyər Kuboku ilə mükafatlandırılıb.
1news.az-ın verdiyi xəbərə görə, dünyanın bir çox ölkələrindən olan uşaqlar yekdilliklə “Real Madrid”i ilin ən sosial məsuliyyətli futbol klubu kimi tanıyıb.
Hər il “Dostluq üçün futbol” proqramı çərçivəsində – dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və düqrüstlük kimi əsas dəyərlərə sadiq klublara kubok verilir. Mükafatın verilmsi üçün gənc səfirlər Madridə gediblər.
Yaxın günlərdə Turində Rusiyadan Albert Zinnatov və Timofey Evstiqneyev, İspaniyadan Pol Poiq Montana, İtaliyadan Nikola Postilyone, həmçinin Niderlanddan Emmeke Xenşey “Qazprom”un Direktorlar Şuasının sədri Viktor Zubkovla görüşərək “Real Madridə” Doqquz Dəyər Kuboku vermək üçün diplom imzalayıblar.
Hazırda “Barselona” (İspaniya, 2015-ci il), “Bavariya” (Almaniya, 2016-cı il), “Əl-Vahda” (Suriya, 2016-cı il), “Real Madrid” (İspaniya, 2017-ci il) kimi klublar Doqquz Dəyər Kubokuna sahibdirlər.
Bu il baş tutacaq proqram 211 ölkə və regionu öz ətrafında birləşdirəcək. Tədbirin final mövsümü Moskvada 8-15 iyun tarixlərində keçiriləcək.
“Doqquz Dəyər Kuboku dünyada yeganə idman mükafatıdır ki, onun sahibini uşaqlar təyin edir. Biz “Dostluq üçün futbol”u dünyada bütün uşaqların səsinin eşidilməsi üçün yaratdıq”, - V.Zubkov deyib.
“Baxmayaraq ki, İtaliya Dünya Çempionatı-2018-də qalib gəlməsə də, ölkə “Dostluq üçün futbol” tədbirlərinin final mərhələsində iştirak edəcək. İtaliya artıq 5-ci mövsümdür ki, proqramı dəstəkləyir. Hətta Milandakı tədbirdə də iştirak edib. Bunu Rusiya-İtaliya münasibətlərinin inkişafına töhfə verəcək sərvət kimi dəyərləndirirəm”, - S.Razov bildirib.
“Real Madrid Foundation 1998-ci ildə yaradılıb və 20 il ərzində ailə vəziyyəti zəif olan 800-dən çox qız və oğlanları cəmiyyətə inteqrasiya etmək məqsədilə idmana cəlb edib. Hazırda fond dünyada 450-dən çox idman layihələrini həyata keçirir. Biz Rusiya da daxil, 77 ölkədə çalışırıq. Doqquz Dəyər Kuboku kimi mükafatı almaq bizimçün şərəfdir. Məhz uşaqlar “Real Madrid”i seçib, Fond isə onların parlaq gələcəyi üçün çalışır”, - “Real Madrid”in vitse-prezidenti Enrike Sançes bildirib.
“Fəxr edirəm ki, komandamız beynəlxalq turnirdə qalib mükafatını qazanıb. Matçdan dərhal sonra buraya, “Dostluq üçün futbol” proqramındakı dostlarımın yanına gəldim. Sevinirəm ki, bu cür layihənin bir hissəsindəyəm. Çox xoşbəxtəm ki, bu gün dünyanın bütün uşaqları adından “Real Madrid”ə mükafat vermək şərəfinə nail olmuşam”, - 15 yaşlı Emmeke Xenşey bildirib (Niderland).
ARAYIŞ
Qeyd edək ki, Qazprom” İSC-nin himayədarlığı ilə “Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir. Forumun iştirakçıları səkkiz dəyəri: dostluq, bərabərlik, ədalət, sağlamlıq, əmin-amanlıq, sədaqət, qələbə, adət-ənənə və dürüstlüyü təbliğ edir. Proqramda gənc futbolçular (qızlar və oğlanlar, hətta fiziki qüsurlu gənclər), “Dostluq üçün futbol” Uşaq Mətbuat Mərkəzi çərçivəsində gənc jurnalistlər iştirak edir. Son 5 il ərzində proqramda 3,7 mindən çox uşaq iştirak edib.
Proqramın gənc səfirləri:
Timofey Evstiqneyev, Rusiya, 12 yaş. 2018-ci il ilk dəfə olaraq “Dostluq üçün futbol” proqramına qoşulub. Uşaqlıqdan futbolla məşğul olub. Altı ay öncə insult keçirib, buna görə də bədəninin sağ hissəsi iflic olub. Ağır sınaqlara baxmayaraq Timofey təslim olmur, öz məşqlərini davam etdirir.
Albert Zinnatov, Rusiya, 14 yaş. 2017-ci il “Dostluq üçün futbol” proqramının 2017-ci il mövsümündə forumun aparıcı spikeri olaraq iştirak edib. O, şəkərli diabet xəstəliyinə baxmayaraq, bütün idman yarışlarında fəal surətdə məşğul olur.
Pol Puiq Montana, İspaniya, 12 yaş. “Dostluq üçün futbol” proqramının 5-ci mövsümündə iştirak edib. Erkən yaşlarından futbolla məşğul olur. Peşəkar futbolçu olmaq istəyir. Həmçinin futbolu öz ölkəsində daha məşhur idman növünə çevirmək arzusundadır.
Emmeke Xenşey, Niderland, 15 yaş. “Dostluq üçün futbol” proqramında 2016-cı ildə beynəlxalq yığmanın kapitanı seçilib. Uşaqlıqdan məqsədyönlü olan qızçığaz futbolu sevir və oğlanlarla bərabər oynayır.
Nikola Postilyone, İtaliya, 13 yaş. İkinci mövsümdür ki, “Dostluq üçün futbol” proqramında iştirak edir. 2017-ci ildə proqramın beynəlxalq yığmasında yarımmüdafiəçi kimi oynayıb.
Açıq püşkatma zamanı dostluğun 32 beynəlxalq komandası formalaşdırılıb. Burada hər ölkədən olan gənc futbolçu üçün oyun ampluası da (qapıçı, müdafiəçi, yarımmüdafiəçi və ya hücumçu) təyin edilib. Gənc futbolçuların rolu təyin edildikdən sonra onların məşqçiləri aşağıdakı kimi seçilib: 19 ölkədən olan gənc məşqçilər təsadüfi seçmə yolu ilə, 11 məşqçi – FİFA 2018 Dünya Çempionatının keçiriləcəyi şəhərlərdən, 2 gənc məşqçi isə “Dostluq üçün futbol” proqramının ötənilki iştirakçıları təyin edilib.
Püşkatma zamanı Azərbaycan nümayəndəsi qarşıdakı turnirdə qapıçı kimi çıxış edəcək. Onunla birgə komanda da Kosta-Rika, Qırğızıstan, Sent-Lüsiya və Laosdan olan futbolçular oynayacaq. Ölkəmizi təmsil edəcək gənc futbolçunun adı daha sonra açıqlanacaq.
Rüstəm Əzimov
Tərcümə: S.Xankişiyeva