Avropa Liqası: meydan sahiblərinin zəfər günü – NƏTİCƏLƏR | 1news.az | Xəbərlər
Futbol

Avropa Liqası: meydan sahiblərinin zəfər günü – NƏTİCƏLƏR

10:36 - 06 / 04 / 2018
Avropa Liqası: meydan sahiblərinin zəfər günü – NƏTİCƏLƏR

Avropa Liqasında 1/4 final mərhələsinin oyunlarına start verilib.

1news.az-ın məlumatına görə, mərhələnin ilk oyunları çərçivəsində keçirilən 4 qarşılaşmanın hamısında meydan sahibləri qələbə qazanıblar.

Ən böyükhesablı qələbəyə “Arsenal” imza atıb. Belə ki, Rusiya MOİK-ini qəbul edən İngiltərə klubu rəqibinin qapısından dörd top keçirib. Qonaqlar bu toplardan yalnız birinə cavab verə biliblər.

“Latsio” klubu da qələbəni 4 qolla qazanıb. İtaliya təmsilçisi Avstriya “Zalsburq”undan güclü olub – 4:2.

Günün digər qarşılaşmalarında “Atletiko” “Sportinq”dən, “Leyptsiq” isə “Marsel”dən güclü olub.

 

Avropa Liqası

1/4 final (ilk oyunlar)

5 aprel

 

“Arsenal” (İngiltərə) – MOİK (Rusiya) - 4:1

Qollar: Remsi, 9, 28, Lakazet, 23 (p.), 35 - Qolovin, 15

 

“Atletiko” (İspaniya) – “Sportinq” (Portuqaliya) - 2:0

Qollar: Koke, 1, Qrizman, 40

 

“Latsio” (İtaliya) – “Zalsburq” (Avstriya) - 4:2

Qollar: Luliç, 9, Parolo, 48, Andersen, 74, İmmobile, 76 - Berişa, 30 (p.), Minamino, 71

 

“Leyptsiq” (Almaniya) – “Marsel” (Fransa) - 1:0

Qol: Verner, 45

 

1news.az

Paylaş:
928

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər