İlham Əliyev Kosta-Rikanın yeni prezidentinə məktub göndərib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Kosta-Rikanın yeni prezidentinə məktub göndərib

16:21 - 10 / 04 / 2018
İlham Əliyev Kosta-Rikanın yeni prezidentinə məktub göndərib

Prezident İlham Əliyev Kosta-Rika Respublikasının yeni seçilmiş prezidenti Karlos Alvarado Kesadaya təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Zati-aliləri,

Kosta-Rika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm”.

1news.az

Paylaş:
656

Son xəbərlər

Gədəbəyə dolu düşüb

06 / 06 / 2026, 16:24
Bütün xəbərlər