Seçki günü hava necə olacaq? | 1news.az | Xəbərlər
Cəmiyyət

Seçki günü hava necə olacaq?

12:54 - 10 / 04 / 2018
Seçki günü hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 11-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-9, gündüz 16-21,  Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 761  mm civə sütununa enəcək, nisbi rütubət  gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insalar üçün əlverişlidir.

Babək Cahandarov

Paylaş:
660

Son xəbərlər

Bütün xəbərlər