“Rəy” “exit-poll”un nəticələrini açıqlayıb | 1news.az | Xəbərlər
Rəsmi

“Rəy” “exit-poll”un nəticələrini açıqlayıb

20:54 - 11 / 04 / 2018
“Rəy” “exit-poll”un nəticələrini açıqlayıb

“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı “exit-poll”un nəticələrini açıqlayıb.

1news.az “Sechki-2018.az” saytına istinadla xəbər verir ki, Mərkəzin rəhbəri Rizvan Abbasov, “exit-poll”un nəticələrinə görə, səsvermədə seçicilərin 72,3 faizinin iştirak etdiyini bildirib.

Sonrakı yerlərdə namizədlər yığdıqları səs üzrə belə sıralanıb:

Qüdrət Həsənquliyev - 3,72 faiz;

Zahid Oruc - 3,21 faiz;

Sərdar Cəlaloğlu - 3,04 faiz;

Araz Əlizadə - 1,65 faiz;

Hafiz Hacıyev - 1,57 faiz;

Fərəc Quliyev - 1,46 faiz;

Razi Nurullayev - 0,86 faiz.

“Rəy” Monitorinq Mərkəzi “Exit-poll”u 48 seçki dairəsi üzrə 350 məntəqədə 26 min 624 nəfər arasında keçirib.

1news.az

Paylaş:
603

Son xəbərlər

Bütün xəbərlər