“Real” və “Bavariya” yarımfinalda - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Real” və “Bavariya” yarımfinalda - FOTO - VİDEO

01:19 - 12 / 04 / 2018
“Real” və “Bavariya” yarımfinalda - FOTO - VİDEO

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

1news.az-ın məlumatına görə, keçirilən 2 görüşlə yarımfinalın bütün iştirakçıları müəyyənləşib.

“Real” öz meydanında “Yuventus”u qəbul edib. İlk matçda səfərdə rəqib qapısından 3 cavabsız top keçirən “Real”ın mərhələ adlayacağı böyük ölçüdə həll olunmuşdu. Ancaq Turin klubu Madirddə inamlı oyunu ilə rəqibinə çətin anlar yaşadıb. Matçın 90-cı dəqiqəsinə qədər hesabda 3:0 irəlidə olan “qoca sinyora” 90+7-ci dəqiqədə Kriştiano Ronaldonun penaltidən vurduğu qola məyus olub. 3:1 hesablı qələbə “Real”ı yarımfinala yüksəldib.

Görüşün son dəqiqələrində qonaqların qapıçısı və kapitanı Canluicci Buffon qırmızı vərəqə alıb.

Digər görüşdə isə “Bavariya” “Seviilya”nı qəbul edib. İspaniyada keçirilən ilk qarşılaşmada 2:1 hesablı qələbə qazanan Münhen klubu qolsuz heç-heçə sayəsində növbət mərhələyə adlayıb.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

11 aprel

22:45. “Real” – “Yuventus” - 1:3 
Qollar:
 Mario Mandzukiç, 2, 37, Blez Matuidi, 60 - Ronaldo, 90+7-pen.
Qırmızı vərəqə: Canluicci Buffon, 90+3 ("Yuventus")
İlk oyun - 3:0

22:45. “Bavariya” – “Sevilya” - 0:0 
İlk oyun - 2:1

1news.az

Paylaş:
808

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər