Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, təbrikdə deyilir:
“Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından ən səmimi təbriklərimi və arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyi qeyd olundu. İordaniya Haşimilər Krallığı Azərbaycanla tarixi köklərə bağlanan dostluq münasibətlərini, Sizin müdrik rəhbərliyiniz ilə bu əlaqələri xalqlarımızın ümumi maraqlarına və İslam ümmətinin ortaq dəyələrinə xidmət etmək üçün əsas amalımız olan regional və qlobal sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq istiqamətində inkişaf etdirməyi bir daha bəyan edir.
Zati-aliləri, Sizə uğurlarınızın davamlı olmasını, dost Azərbaycan xalqına isə bundan sonra da firavanlıq və rifah şəraitində yaşamağı arzulayıram”.
Bundan başqa, Macarıstanın baş naziri Viktor Orban, Belarusun “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin sədri Natiq Bağırov, Kalmık müftisi Sultanəhməd Karalayev, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri, Kanadanın “Worldwide News” elektron qəzetinin baş redaktoru Noor Əli və Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabah da İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik ediblər.
1news.az