Avropa Liqasında yarımfinalçılar məlum oldu – NƏTİCƏLƏR | 1news.az | Xəbərlər
Futbol

Avropa Liqasında yarımfinalçılar məlum oldu – NƏTİCƏLƏR

09:40 - 13 / 04 / 2018
Avropa Liqasında yarımfinalçılar məlum oldu – NƏTİCƏLƏR

Avropa Liqasının (AL) 1/4 final mərhələsində cavab oyunları keçirilib.

1news.az-ın məlumatına görə, səfərdə keçirdiyi ilk oyunda “Arsenal”a böyük hesabla məğlub olan Rusiyanın MOİK klubu evdə keçirdiyi cavab görüşündə qələbəni son anda əldən verib.

Uğurlu çıxışı ilə azarkeşlərini sevindirən “Zalsburq” səfərdə 2:4 məğlub olduğu İtaliyanın “Latsio” klubu üzərində inamlı qələbə qazanaraq uğurlu çıxışının təsadüfi olmadığını sübut edib.

Portuqaliyada “Sportinq”lə üz-üzə gələn İspaniyanın “Atletiko” klubu minimal hesabla məğlub olsa da, iki oyunun nəticəsinə görə adını yarımfinala yazdırıb.

Günün maraqla gözlənilən görüşlərindən biri Fransada baş tutub. Belə ki, “Marsel” “Leyptsiq”lə üz-üzə gəlib. Evdəki minimal hesablı qələbəni qoruya bilməyən almanlar 2:5 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmalı olublar, fransızlar isə yarımfinala adlayıblar.

 

Avropa Liqası

1/4 final (cavab oyunları)

12 aprel

 

MOİK (Rusiya) – “Arsenal” (İngiltərə) - 2:2

Qollar: Çalov, 39, Nababkin, 50 - Uellbek, 75, Remzi, 90+2

Baş hakim: Feliks Zvayer (Almaniya)

Moskva. “MOİK Arena”

İlk oyun – 1:4

 

“Zalsburq” (Avstriya) – “Latsio” (İtaliya) - 4:1

Qollar: Dabbur, 56, Haydara, 72, Hvanq Hi Çan, 74, Leyner, 76 - İmmobile, 55

Baş hakim: Damir Skomina (Sloveniya)

Zalsburq. Şəhər stadionu

İlk oyun – 2:4

 

“Sportinq” (Portuqaliya) – “Atletiko” (İspaniya) - 1:0

Qol: Montero, 28

Baş hakim: Milorad Maziç (Serbiya)

Lissabon. “Joze Alvalade” stadionu

İlk oyun – 0:2

 

“Marsel” (Fransa) – “Leyptsiq” (Almaniya) - 5:2

Qollar: İlsanker, 6 (avtoqol), Sarr, 9, Tauvin, 38, Paye, 60, Sakai, 90+4 - Bruma, 2, Auqustin, 55

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Marsel. “Velodrom” stadionu

İlk oyun – 0:1

 

1news.az

Paylaş:
818

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər