BƏƏ rəhbəri Azərbaycan prezidentinə təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

BƏƏ rəhbəri Azərbaycan prezidentinə təbrik məktubu göndərib

15:15 - 14 / 04 / 2018
BƏƏ rəhbəri Azərbaycan prezidentinə təbrik məktubu göndərib

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Xəlifə bin Zayed Al Nəhyan Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Hörmətli cənab prezident.

Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Cənab prezident, Birləşmiş Ərəb Əmirlikləri xalqının Azərbaycan xalqının sevincinə şərik olduğunu dost xalqınıza çatdırmağı xahiş edirəm. Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, davamlı uğurlar, dost xalqınıza isə xeyir-bərəkət və əmin-amanlıq arzu edirəm.

Xahiş edirəm, səmimi salamlarımı, ən yüksək ehtiramımı qəbul edin”.

S.Xankişiyeva

Paylaş:
639

Son xəbərlər

Bütün xəbərlər