Millilərimiz üçün daha bir rəqib | 1news.az | Xəbərlər
Futbol

Millilərimiz üçün daha bir rəqib

21:14 - 16 / 04 / 2018
Millilərimiz üçün daha bir rəqib

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.

1news.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, komandamız iyunun 5-də Astana şəhərində Qazaxıstanla qarşılaşacaq.

Bu razılaşma çərçivəsində milli komandaların oyunundan 1 gün əvvəl – iyunun 4-də, Astanada 
Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək.

U-21-lərin oyunu Bakı vaxtı ilə saat 13:00-da, əsas milli komandaların qarşılaşması isə saat 18:00-da başlayacaq.

1news.az

Paylaş:
453

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər