Monteneqro prezidenti İlham Əliyevə təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

Monteneqro prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

14:00 - 17 / 04 / 2018
Monteneqro prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Monteneqronun prezidenti Filip Vuyanoviç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaq istərdim.

Seçkilərdə Sizin inamlı qələbəniz Azərbaycan xalqının Zati-alinizin prezidentliyinin əvvəlki dönəmlərində ölkənizə qazandırdığınız uğurlardan məmnunluğunun, eləcə də indiki mürəkkəb dövrdə ölkəni məharətlə idarə etmək bacarığınıza tam inamın aydın sübutudur.

Əminəm ki, yenidən Azərbaycan Prezidenti seçilməyiniz beynəlxalq birlik tərəfindən də alqışlanıb. Çünki prezidentliyiniz dövründə nəinki Azərbaycan xalqının rifahı təmin olunub, hətta narahat bölgədə sabitlik möhkəmlənib.

Bu xoş fürsətdən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasındakı yüksək səviyyəli və daha da möhkəmlənən əlaqələrə görə Zati-alinizə minnətdarlığımı bildirirəm.

Hörmətli Prezident, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və ali dövləti vəzifənizin yerinə yetirilməsində uğurlar arzu edirəm. Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

1news.az

Paylaş:
455

Son xəbərlər

Bütün xəbərlər