Prezident İlham Əliyev israilli həmkarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev israilli həmkarını təbrik edib

18:48 - 18 / 04 / 2018
Prezident İlham Əliyev israilli həmkarını təbrik edib

Prezident İlham Əliyev israilli həmkarı Reuven Rivlinə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh və rifah arzulayıram”.

1news.az

Paylaş:
503

Son xəbərlər

Bütün xəbərlər