Prezident Şəhidlər xiyabanını ziyarət edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Şəhidlər xiyabanını ziyarət edib

11:38 - 18 / 04 / 2018
Prezident Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlət başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr ediblər.

S.Xankişiyeva

 

Paylaş:
451

Son xəbərlər

Bütün xəbərlər