İlham Əliyev ABŞ-ın sabiq prezidentinə başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev ABŞ-ın sabiq prezidentinə başsağlığı verib

15:05 - 19 / 04 / 2018
İlham Əliyev ABŞ-ın sabiq prezidentinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti Corc Herbert Uoker Buşa başsağlığı verib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Zati-aliləri,

Həyat yoldaşınız xanım Barbara Buşun vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.

S.Xankişiyeva

 

Paylaş:
514

Son xəbərlər

Bütün xəbərlər