Koreya Respublikasının prezidenti İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Koreya Respublikasının prezidenti İlham Əliyevi təbrik edib

18:39 - 19 / 04 / 2018
Koreya Respublikasının prezidenti İlham Əliyevi təbrik edib

Koreya Respublikasının prezidenti Mun Ce-in İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Koreya Respublikasının hökuməti və xalqı adından ürəkdən təbrik edirəm. Yüksək səviyyəli liderliyinizin Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəyinə inanıram. 1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulduqdan sonra müxtəlif sahələrdə dostluq və əməkdaşlıq əlaqələri inkişaf etdirilib. Ümid edirik ki, qarşılıqlı faydalı və işgüzar əməkdaşlığımızı Zati-alinizlə birlikdə gələcəkdə də genişləndirəcəyik. Sizə cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, ölkənizə isə davamlı inkişaf arzulayıram”.

1news.az

Paylaş:
709

Son xəbərlər

Bütün xəbərlər