Daha 50 məktəbdə “Milli Qəhrəmanlar” guşəsi yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 50 məktəbdə “Milli Qəhrəmanlar” guşəsi yaradılıb

19:07 - 19 / 04 / 2018
Daha 50 məktəbdə “Milli Qəhrəmanlar” guşəsi yaradılıb

2017-2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 50 ümumi təhsil müəssisəsində “Milli Qəhrəmanlar” guşəsi yaradılıb. Bununla da paytaxtda “Milli Qəhrəmanlar” guşəsi yaradılmış məktəblərin sayı 150-yə çatıb.

1news.az xəbər verir ki, layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Guşənin yaradılmasının əsas məqsədi milli qəhrəmanlıq zirvəsinə yüksəlmiş Vətən övladları haqqında məktəblilərdə daha geniş təəssürat yaratmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirmək və gənclərin çağırışaqədərki hazırlığını yüksəltməkdən ibarətdir.

“Milli Qəhrəmanlar” guşəsinin yaradılması ilə bağlı keçirilən tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, paytaxtın Rayon İcra Hakimiyyətləri, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin nümayəndələri, şəhid ailələri, habelə məktəb rəhbərləri, şagird və müəllimlər iştirak ediblər.

Tədbirlərdə Vətənin ağır günlərində sinəsini düşmən gülləsinə sipər edən, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canını qurban verənVətən övladlarının, o cümlədən aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin qazandığı uğurlardan, Azərbaycan Ordusunun gücü, qüdrəti, peşəkarlığı nəticəsində düşmən həmləsinin qarşısının alınmasından bəhs edib, gənclərə müvafiq tövsiyələrini veriblər.

Tədbirlərdə şagirdlər vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirib, maraqlı rəqs kompozisiyaları nümayiş etdiriblər.

Qeyd edək ki, 2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 100 ümumi təhsil müəssisəsində “Milli Qəhrəmanlar” guşəsi yaradılıb. Digər paytaxt məktəblərində də “Milli Qəhrəmanlar” guşəsinin yaradılması nəzərdə tutulur.

1news.az

Paylaş:
546

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTOBu gün, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər