ETSN: Toz-dumanın miqdarı sanitar norma daxilindədir | 1news.az | Xəbərlər
Cəmiyyət

ETSN: Toz-dumanın miqdarı sanitar norma daxilindədir

11:42 - 20 / 04 / 2018
ETSN: Toz-dumanın miqdarı sanitar norma daxilindədir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti havada olan tozun miqdarı ilə bağlı yeni məlumat yayıb.

1news.az Departamentə istinadən xəbər verir ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 20 aprel tarixində səhər saatlarında Bakıda və Abşeron yarımadasında toz-dumanın miqdarının sanitar normaya uyğun olduğu müəyyən edilib.

“Buna səbəb ölkə ərazisinə daxil olan şimal-qərb küləyidir”- deyə, məlumatda qeyd olunub.

1news.az

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər