Bu #olabilər! nə ola bilər? | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu #olabilər! nə ola bilər?

11:50 - 23 / 04 / 2018
Bu  #olabilər! nə ola bilər?

Son zamanlar Facebook-un ən diqqətçəkən və maraqlı cərəyanlarından biri reklam həştəqləridir. Müəyyən müddət ərzində mövcud olan belə həştəqlər qısa zaman ərzində öz əyləncəli məzmunu və hədiyyələri ilə insanların marağına səbəb olur.

Hər bir həştəqin arxasında isə bir sirr dayanır deyə, insanlar bu sirri, yəni həştəqin nə ilə bağlı olmasını tez bir zamanda öyrənmək istəyirlər. Artıq bir həftəyə yaxındır ki, Facebook və Instagram-da yeni, çox maraqlı – #olabilər! həştəqi diqqət mərkəzindədir. Həştəqin aktiv Facebook səhifəsi  və Instagram səhifəsi təsirli, intelellektual və əyləncəli paylaşımlarla sosial şəbəkə istifadəçilərinin xüsusi marağına səbəb olub. Buna görə də, bir çoxlarını indi bu sual maraqlandırır: Görəsən, bu #olabilər! nə ola bilər?

Burada bir neçə versiya irəli sürmək olar. İlk əvvəl qeyd edək ki, bu məzmunda və bu səviyyədə iş hazırlamaq çox çətindir, bu layihənin güclü bir komanda işi olduğunu açıq-aydın göstərir. Kopiraytinqə və qrafik dizayna fərqli, daha keyfiyyətli yanaşma hiss olunur. Həştəq orijinallığı ilə seçilir, həştəqin öz personajı, öz saytı var. Hətta, www.olabiler.az saytında qeydiyyatdan keçib, zarafat xarakterli yarışmaya da qoşulmaq olar. Dostunun adını yazırsan, ondan, əslində, yaxşı kim ola bilər öyrənirsən. Maraqlı təklif də edirlər. Əgər saytda qeydiyyatdan keçsəniz, həştəqin nə ilə bağlı olduğu hamıdan bir gün əvvəl sizə bildiriləcək. Belə irihəcmli hazırlıq, işin sistemli qurulması, komanda gücü layihənin və həştəqin hansısa böyük kompaniyaya aid olması versiyasını yaradır. Güman ki, bu həştəq hansısa böyük layihənin başlamasına diqqət çəkmək üçün işlənib.

Digər tərəfdən, indiyədək məlum olan #problemdeyil, #səndənbirdənədir və #gözləmə tipli məşhur həştəqlər, adətən, bank xidmətlərinə aid idi. Yalnız #4noyabr həştəqi marketinq görüşünü özündə əks etdirirdi. Lakin bu dəfə hansısa bankın yeni bir həştəqlə mediaya girməsi inandırıcı görünmür. Düzdür, ölçüsünə, keyfiyyət və əhatəliliyinə görə, digər həştəqlərdən geri qalmır, hətta, irəlidədir. Bu səbəbdən belə bir fikir formalaşır ki, #olabilər! tək bir şirkətin yox, bir neçə fərqli təşkilatın birgə layihəsi də ola bilər. Bəlkə də, təşkilatlar bir ideya ətrafında birləşib böyük bir tədbir həyata keçirəcəklər.

Üçüncü versiya isə, ideyanın onlayn layihə olmasıdır. Hələki heç bir xidmət və ya şirkətin adı çəkilmir, bütün işlər isə onlayn formadadır. Həştəq, aktiv sosial şəbəkə hesabları, sayt, qeydiyyat, reklam və s. – hamısı onlayn olaraq davam edir. Bu isə #olabilər!-in internet şou, onlayn yarışma və ya böyük onlayn layihə olması ehtimalını gücləndirir. Onlayn layihənin bu şəkildə təqdimatı da maraqlı yanaşma ola bilər.

Gözdən qaçmayan kiçik bir məqam daha var. www.olabiler.az saytının ana səhifəsinin fonuna diqqətlə baxdıqda yaşıl fonda müxtəlif ikonlar da görünür. Ütü, telefon, fotoaparat, tozsoran, qulaqcıq, hədiyyə qutuları və hətta, avtomobil ikonu gözə çarpır. Bu ikonlar həştəqin yarışma olacağı versiyasını gücləndirir. Güman ki, hər kəsi bol hədiyyəli və sürprizli layihə gözləyir. Digər ikonlardan əlavə, avtomobil ikonunun olması, yəqin ki, qiymətli hədiyyələrin olmasına işarədir. İkonların müxtəlif dəyərli və fərqli seqmentlərdən olması, yuxarıda vurğulanan bir neçə kompaniyanın birgə işi iddiasını yada salır.

Həqiqətən, versiyalar çoxdur və onların sayını artırmaq da olar. Lakin ən yaxşısı bir az da səbr etmək, bu maraqlı həştəqlə paylaşılan əyləncəli işlərdən zövq almaq və #olabilər!-in nə olduğunun açıqlanmasını gözləməkdir. Artıq sosial şəbəkə istifadəçilərinin bir qismində ümumi rəy formalaşıb ki, həştəq varsa, sonda o, bank xidməti olacaq. #olabilər! -dən gözlənilən isə bu həştəqin tam fərqli bir iş olması və hər kəsi bir qədər də təəccübləndirməsidir. Ona görə də, gözləyək, görək, bu #olabilər! həqiqətən, nə ola bilər?

Reklam hüququnda

 

Paylaş:
502

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTOBu gün, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilibBu gün, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcəkBu gün, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEOBu gün, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHIBu gün, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01
Bütün xəbərlər