Bakı Ali Neft Məktəbi SOCAR-ın III Beynəlxalq Forumunu keçirir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbi SOCAR-ın III Beynəlxalq Forumunu keçirir

12:52 - 23 / 04 / 2018
Bakı Ali Neft Məktəbi SOCAR-ın III Beynəlxalq Forumunu keçirir

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə SOCAR-ın III Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neftkimya” Forumunun açılışı oldu.

1news.az-a BANM-dan verilən məlumata görə, keçən ilki ilə nisbətən bu il Forumda iştirak edən ölkələrin sayında artım müşahidə olunub. Ümumiyyətlə, bu il Forumda iştirak etməyə Azərbaycandan 72 nəfər, Rusiyadan 49 nəfər, Qazaxıstandan 32 nəfər, Böyük Britaniya, Almaniya, Fransa, İsveçrə, İtaliya, İspaniya, Avstriya, Polşa və digər Avropa ölkələrindən 53 nəfər,  BƏƏ, İran, Türkmənistan, Özbəkistan və digər Asiya ölkələrindən 18 nəfər, Kolumbiya və Sinqapurdan isə 2 nəfər neft-qaz sektoru üzrə müəssisələrin rəhbər nümayəndələri  qatılıb.

Forumu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov açaraq, artıq üçüncü ildir ki keçirilən SOCAR-ın Beynəlxalq Forumunun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunduğunu bildirdi. Elmar Qasımov Forumun keçirilməsinin çox gözəl bir vaxta təsadüf etdiyini xüsusi vurğulayaraq, bir neçə gün bundan qabaq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin seçkilərdə böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildiyini qeyd etdi, Forum iştirakçıları adından bütün Azərbaycan xalqını təbrik edərək Azərbaycan Respublikasının daim çiçəklənməsini və inkişafını arzuladı.

Daha sonra rektor Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu neft strategiyasının bütün dünyaya təbliğ olunmasında Forumun səmərəli platforma olduğunu bildirdi. “SOCAR-ın III Beynəlxalq  Forumunda iştirak üçün dünyanın 30-yaxın ölkəsinin neft-qaz sektorunun aparıcı müəssisələrinin rəhbər nümayəndələrindən ibarət 230-a yaxın iştirakçı qatılıb. Bu göstərici Azərbaycanın adının dünya  neft sektorunda önəmli mövqedə olmasından xəbər verir”, – deyə Elmar Qasımov bildirib.   

Forumun iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin həyatından bəhs edən qısa filmi izləyərək onun əziz xatirəsini yad ediblər.

SOCAR-ın III Beynəlxalq Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Valeh Ələsgərov, SOCAR-ın Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə,  BP-nin Azərbaycan,  Gürcüstan və Türkiyə üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və  Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış edərək, Forum iştirakçılarını salamlayıb və irəlidəki günlərdə onlara uğurlar arzu ediblər.

Qeyd edək ki, əsas  məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsi olan Forumun ilk üç günü dünyanın 30-dək ölkəsindən olan 40-a yaxın məruzəçinin çıxışı ətrafında müəyyən mövzuları əhatə edəcək. Forumun ilk günü dünya neft-qaz bazarı, Xəzər və Mərkəzi Asiya bazarı, nəqliyyat infrastrukturuna, ikinci günü neft emalı, neft və neft-kimya məhsullarının ticarəti, üçüncü günü isə neft-kimya bazarı, neftayırma zavodları və neft-kimya üçün texnologiyalara həsr olunacaq. Forumun sonuncu günü isə müxtəlif ölkələrdən olan iştirakçılar üçün Heydər Əliyev adına Neft Emalı Zavodu və Sumqayıtda yerləşən neft-kimya kompleksinin müəssisələrinə texniki səfərlərin təşkil olunması nəzərdə tutulub.

Forumda iştirak edən müəssisələr arasında dövlət strukturları, neft-qaz şirkətləri (treyderlər, NEZ və neft çıxarma), neft-kimya müəssisələri, nəqliyyat şirkətləri (limanlar, terminallar, boru kəmərləri və ekspeditorlar), banklar, hüquq və konsaltınq şirkətləri və avadanlıq istehsalçıları, yeni texnologiyalar hazırlayan müəssisələr və universitetlər vardır.

1news.az

 

 

 

Paylaş:
441

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTOBu gün, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilibBu gün, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcəkBu gün, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEOBu gün, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHIBu gün, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01
Bütün xəbərlər