Ombudsman Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin bölmələrində olublar | 1news.az | Xəbərlər
Cəmiyyət

Ombudsman Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin bölmələrində olublar

18:14 - 24 / 04 / 2018
Ombudsman Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin bölmələrində olublar

Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilin birgə planına əsasən Ombudsman Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin bölmələrində olublar.

1news.az-ın məlumatına görə, Ombudsman Aparatının nümayəndələri Fəzail Həsənov və Murad Babayev hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyətin suallarını cavablandırıblar.

Aparatın əməkdaşları əsgər yataqxanalarına, yeməkxanalara, tibb məntəqələrinə, məişət və digər inzibati otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyətini, asudə vaxtın səmərəli keçirilməsi üçün yaradılan şəraiti, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.

1news.az

Paylaş:
474

Son xəbərlər

Bütün xəbərlər