Rumıniya prezidenti İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Rumıniya prezidenti İlham Əliyevi təbrik edib

17:35 - 25 / 04 / 2018
Rumıniya prezidenti İlham Əliyevi təbrik edib

Rumıniya prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Əziz cənab prezident.

Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Əminəm ki, həm Rumıniya, həm də Azərbaycan üçün əlamətdar olan bu ildə ölkələrimiz arasındakı strateji tərəfdaşlığı dərinləşdirmək və konkret layihələr əsasında ikitərəfli iqtisadi əməkdaşlığımızı genişləndirmək üçün praqmatik addımlar atmaq imkanlarına malik olacağıq.

Əziz cənab prezident, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin”.

S.Xankişiyeva

 

Paylaş:
739

Son xəbərlər

Bütün xəbərlər