İlham Əliyev: “Dünyada sülhə təhdidlərin artması xalqların dinc birgəyaşayışına ciddi təhlükə yaradır” | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: “Dünyada sülhə təhdidlərin artması xalqların dinc birgəyaşayışına ciddi təhlükə yaradır”

12:48 - 26 / 04 / 2018
İlham Əliyev: “Dünyada sülhə təhdidlərin artması xalqların dinc birgəyaşayışına ciddi təhlükə yaradır”

Azərbaycan prezidenti İlham Əliyev Qusarda keçirilən “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

1news.az-ın verdiyi xəbərə görə, prezidentin köməkçisi Əli Həsənov müraciəti oxuyub.

Müraciətdə qeyd olunub ki, bu günlər 1918-ci ildə xalqımıza qarşı millətçi erməni daşnak və bolşevik silahlı dəstələri tərəfindən törədilən soyqırımın 100 iliyinə təsadüf edir:

“Həmin dövrdə ölkəmizin müxtəlif regionlarını bürümüş milli-dini zəmində kütləvi qətl və talanlar konfransın təşkil olunduğu Qusar ərazisində də xüsusi amansızlıqla həyata keçirilib. Çoxmillətli və çoxkonfesiyalı Azərbaycan cəmiyyəti tarix boyu xalqımızın məruz qaldığı etnik təmizləmə, deportasiya, terror və soyqırımı aktlarının ağrı-acısını unutmur, verdiyi qurbanların xatirəsini daim uca tutur.

Hazırda dünyada sülh və əmin-amanlığa qarşı təhdidlərin artması xalqların dinc birgəyaşayışına və qarşılıqlı faydalı əməkdaşlığına ciddi təhlükə yaradır. Təəssüf ki, milli, irqi və dini ayrı-seçkilikdən doğan ekstremist fəaliyyət və terror müasir dövrün acı reallığına çevrilib”.

Müraciətdə vurğulanıb ki, beynəlxalq birliyin planetimizin müxtəlif guşələrində cərəyan edən qanlı münaqişələrə və kütləvi zorakılıq hallarına ikili standartlar prizmasından yanaşması həmin dəhşətlərin, bəlaların qarşısının alınması yolunda böyük maneə yaradır:

“Dünyanı qanlı faciələrdən, dağıdıcı qüvvələrin qeyri-insani əməllərindən qorumaq üçün bütün etnik təmizləmə və soyqırımı hadisələrinin obyektiv-hüquqi və siyasi qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Ona görə də tarixin qaranlıq səhifələrinin dərindən araşdırılması, gerçək fakt və təhlillərə söykənən həqiqətlərin aşkara çıxarılaraq geniş ictimaiyyətə çatdırılması ədalətli qərarların qəbul olunmasından vacib rol oynayacaq.

İnanıram ki, bugünkü konfransda aparılan səmərəli müzakirələri soyqırımların tədqiqi sahəsində formalaşan müsbət elmi ənənələri davam etdirəcək, dünya alimlərinin sanballı əsərlərinin işıq üzü görməsinə təkan verəcək. Bu şərəfli və məsuliyyətli işinizdə hər birinizə uğurlar arzu edirəm”.

1news.az

Paylaş:
534

Son xəbərlər

Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22
Bütün xəbərlər