Balaca rəqqasəmiz Maksim Qalkini heyrətləndirib – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Balaca rəqqasəmiz Maksim Qalkini heyrətləndirib – VİDEO

1news Redaksiyası18:00 - 29 / 04 / 2018
Balaca rəqqasəmiz Maksim Qalkini heyrətləndirib – VİDEO

Hind rəqslərinin ifacısı balaca qızcığaz, Moskvada yaşayan azərbaycanlı Elina Məmmədova Rusiyada yayımlanan “Luçşe vsex” verilişinin qonağı olub.

1news.az-ın Sputnik Azərbaycan-a istinadla verdiyi xəbərə görə, bu barədə rəqqasə Oksana Rəsulova Instagram səhifəsində qeyd edib:

“Balaca Elina Məmmədovanın rəqsinə heyran qaldım. Elina, səni görmək çox xoşdur. Bütün işlərində uğurlar diləyirəm. Həmçinin verilişin aparıcısı Maksim Qalkinə də dəstəyə görə minnətdaram”.

Qalkin gənc rəqqasəni Bollivud şahzadəsi adlandırıb.

Elina Məmmədovanın çıxışına video-görüntünün 44:40 dəqiqəsindən baxa bilərsiniz.

S.Xankişiyeva

Paylaş:
1162

Son xəbərlər

Laos AQEM-ə üzv qəbul edilib

14 / 10 / 2026, 15:46
Bütün xəbərlər